Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq
sosial

Sabah Hacıqabulun 7 kəndində qaz olmayacaq

07-05-2026 13:00 21 Baxış
IMG

Sabah Hacıqabul rayonunun 7 kəndinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.


Bildirilib ki, görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonu Cəngən, Şorbaçı, Tava, Tağlı, Paşalı-1, Paşalı-2 və Qubalı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.