Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Pakistan ABŞ və İran arasında razılaşmanın əldə olunacağına ümidlidir
dünya

Pakistan ABŞ və İran arasında razılaşmanın əldə olunacağına ümidlidir

07-05-2026 13:00 24 Baxış
IMG

Pakistan xarici işlər nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi ABŞ ilə İran arasında razılaşmaya ümid etdiklərini və tezliklə razılaşmanın əldə olunacağını gözlədiklərini bildirib.


Tvit.az bu barədə “Dawn” qəzetinə istinadən xəbər verir.


Andrabi Pakistanın iki ölkə arasındakı gərginliyin dialoq və diplomatiya yolu ilə həllini dəstəklədiyini vurğulayaraq, Baş nazir Şahbaz Şərifin mövcud impulsun davamlı bir razılaşmaya çevriləcəyinə, region və onun hüdudlarından kənarda davamlı sülh və sabitliyin təmin ediləcəyinə ümid etdiyini vurğulayıb.


Elmin Alışov