Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Rəşad Nəbiyev və Anaklaudiya Rossbax WUF13-ə hazırlığı müzakirə ediblər
digər

Rəşad Nəbiyev və Anaklaudiya Rossbax WUF13-ə hazırlığı müzakirə ediblər

07-05-2026 19:00 15 Baxış
IMG

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlığı (WUF13) müzakirə ediblər.

 

Tvit.az xəbər verir ki, bu barədə Rossbax "X" sosial şəbəkəsində bildirib.

 

"Azərbaycanlı nazir Rəşad Nəbiyevlə dayanıqlı şəhər mobilliyi, iqlimə davamlı infrastruktur və WUF13-ün Bakıdakı transformasiya potensialı məsələlərinə dair məzmunlu müzakirələr aparıldı. İnsanyönümlü şəhərlərin maraqları naminə tərəfdaşlığımızın daha da dərinləşəcəyinə ümid edirik", - o yazıb.

 

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

 

Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

 

Report