Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran XİN: Ali Rəhbər ölkənin bütün strateji məsələlərinə tam nəzarət edir
dünya

İran XİN: Ali Rəhbər ölkənin bütün strateji məsələlərinə tam nəzarət edir

07-05-2026 23:00 18 Baxış
IMG

İran Xarici İşlər Nazirliyinin sözçüsü ölkənin milli maraqlarına dair bütün məsələlərin Ali Rəhbər Müctəba Xamenei tərəfindən "müdrikcəsinə" idarə edildiyini və strateji qərarların yalnız onun razılığı ilə qəbul edildiyini bəyan edib.

 

​Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Müctəba Xamenei cari ilin mart ayında atasının vəfatından sonra Ali Rəhbər vəzifəsinə seçilsə də, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Dövlət mediası onun iştirakı ilə bağlı yalnız yazılı açıqlamalar və bəyanatlar yayımlayır.

 

​“Müctəba Xamenei milli təhlükəsizlik və dövlət maraqlarını əhatə edən bütün mövzulara birbaşa rəhbərlik edir. Onun rəhbərliyi altında dövlət qurumları vahid strategiya əsasında fəaliyyətini davam etdirir”, - deyə rəsmi açıqlamada bildirilib.

Məlumata görə, ABŞ-İsrail hücumları zamanı yaralandığı iddia edilən Ali Rəhbər haqqında mart ayında ABŞ müdafiə naziri Pit Heqset onun fiziki vəziyyətinin idarəetməyə mane ola biləcəyi barədə iddialar səsləndirmişdi. Lakin bu gün səhər saatlarında İranın "IRIB" telekanalı Prezident Məsud Pezeşkianın Ali Rəhbər ilə iki saat yarımlıq görüş keçirdiyini xəbər verib. Prezident bu görüşü "səmimi atmosferdə keçən strateji müzakirə" kimi qiymətləndirib.

 

Aysel Şirinova