Rusiyanın Kursk və Bryansk vilayətlərində tələbat və təchizat problemlərinin artması səbəbindən yanacaq satışı məhdudlaşdırılıb.
Tvit.az-ın məlumatına görə, bunu Kursk qubernatoru Aleksandr Xinşteyn sosial mediada deyib.
O, süni qıtlığın qarşısını almaq üçün nəqliyyat vasitələrinin saxlama çənlərindən başqa konteynerlərə yanacaq satışının qadağan edildiyini bildirib və dron hücumları təhlükəsi səbəbindən sərhəd bölgələrinə yanacaq çatdırılmasında bəzi çətinliklərin olduğunu qeyd edib.
Elmin Alışov