Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Fransa zəlzələdən sonra Venesuelaya 85 xilasedici göndərəcək
dünya

Fransa zəlzələdən sonra Venesuelaya 85 xilasedici göndərəcək

25-06-2026 14:00 26 Baxış
IMG

Fransa prezidenti Emmanuel Makron zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə kömək etmək üçün Venesuelaya 85 xilasedicidən ibarət qrup göndərəcəyini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Makron Venesuela Prezidentinin elçisi Delsi Rodrigez ilə telefon danışığından sonra X-də yazıb:

 

 "85 fransız axtarış-xilasetmə və dağıntıların təmizlənməsi üzrə mütəxəssisdən ibarət komanda dərhal ölkəyə göndəriləcək".

 

24 iyun axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Zəlzələdən sonra təxminən 30 afterşok olub.  164 nəfər ölüb, 971 nəfər yaralanıb. Onlarla bina dağılıb. Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib. 

 

Aysel Şirinova