Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı İsrailin müdafiə naziri İsrael Katzın İrana qarşı mümkün hərbi əməliyyatla bağlı açıqlamalarına sərt reaksiya verib.
Tvit.az xəbər verir ki, bu barədə Əraqçı "X" hesabındakı paylaşımında bildiri.
“ABŞ prezidenti Tel-Əvivdəki ev heyvanlarını cilovlamağa söz verib. Əgər onlar ağalarını görməzdən gəlsələr, İran onlara dərs verəcək. Xalqımıza və rəhbərimizə qarşı hər hansı bir təhdid dərhal və güclü cavabla qarşılanacaq", - deyə, XİN rəhbəri vurğulayıb.
Elmin Alışov