Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Hakan Fidan: "İsrail dünya üçün problemə çevrilib"
dünya

Hakan Fidan: "İsrail dünya üçün problemə çevrilib"

02-07-2026 22:00 30 Baxış
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail bütün beynəlxalq ictimaiyyət üçün problemə çevrilib. 

 

Tvit.az xəbər verir ki, o, CNN Türk -ə verdiyi açıqlamada bildirib ki, "Bizim mövqeyimizdən geri çəkilmək niyyətimiz yoxdur. İsrail təkcə Türkiyə üçün problem deyil; o, bütün dünya üçün problemə çevrilib. İsrail hökuməti bəşəriyyətin artıq daşıya bilməyəcəyi bir yükə çevrilib". 

 

O xatırladıb ki, Qəzza zolağında təcavüzünə görə İsraillə ticarəti ilk kəsən Türkiyə olub.

 

"Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bir gecədə İsraillə illik 10 milyard dollarlıq ticarəti dayandırdı. Qətiyyətli mövqe tutmaq və nəsə etməyə başlamaq vacibdir", - deyə o, əlavə edib.

 

Aysel Şirinova