Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Tvit.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev Məscidinin yaxınlığında qeydə alınıb.
Belə ki, 61 yaşlı Zakir Ağaqasım oğlu Ağayevin idarə etdiyi 90-UX-940 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobil 99-KB-416 dövlət qeydiyyat nişanlı "Toyota Prius" markalı minik maşını toqquşub. Nəticədə Z.Ağayev hadisə yerində həyatını itirib.
Hadisə zamanı daha bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanalara çatdırılıblar.
Qəzanın başvermə səbəbləri araşdırılır.