Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin reytinqi açıqlanıb
sosial

Dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin reytinqi açıqlanıb

08-07-2026 08:00 20 Baxış
IMG

Böyük Britaniyanın "Economist Intelligence Unit" (EIU) analitik mərkəzi dünyanın yaşamaq üçün ən rahat şəhərlərinin illik reytinqini təqdim edib. Siyahıya ikinci il ardıcıl olaraq Danimarkanın paytaxtı Kopenhagen başçılıq edib.

 

Tvit.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Reytinq şəhərlərdə səhiyyə, təhsil, mədəniyyət, ətraf mühit və infrastruktur göstəriciləri əsasında tərtib edilir. Analitiklər, həmçinin insanların həmin şəhərlərdə qarşılaşa biləcəyi çətinlikləri də qiymətləndirirlər.

 

Kopenhagen sabitlik, inkişaf etmiş infrastruktur və dövlət xidmətlərinin yüksək keyfiyyəti sayəsində birinci yeri tutub. Keçən il olduğu kimi, ikinci yerdə Vyana (Avstriya) qərarlaşıb. 2025-ci ildə Vyana bu pilləni Sürixlə (İsveçrə) bölüşsə də, 2026-cı ildə Sürix üç pillə geriləyib.

 

İlk onluğa, həmçinin Melburn, Sidney (hər ikisi Avstraliya), Cenevrə (İsveçrə), Osaka (Yaponiya), Adelaida (Avstraliya), Vankuver (Kanada) və Tokio (Yaponiya) daxil olub.

 

EIU bildirib ki, dünyada həyat keyfiyyətinin orta göstəricisi ötən illə müqayisədə dəyişməyib.