Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Parlament beynəlxalq sənədi ratifikasiya etdi
sosial

Parlament beynəlxalq sənədi ratifikasiya etdi

10-07-2026 11:00 14 Baxış
IMG

Milli Məclis "Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair" Beynəlxalq Konvensiyanı ratifikasiya edib.


Tvit.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü növbədənkənar sessiyasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra layihə səsə qoyularaq bir oxunuşda qəbul olunub.

 

Qeyd edək ki, konvensiya 2004-cü il fevralın 13-də Londonda imzalanıb.