Bakıda 38 yaşlı qadın dənizdə boğulub.
Tvit.az-ın məlumatına görə, hadisə iyulun 11-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindəki çimərlikdə baş verib. Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Zeynəb Muxtar qızı Cödel dənizdə çimərkən boğulub.
Z.Cödelin meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.