Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi
idman

Altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri karyerasını bitirdi

22-07-2026 13:00 22 Baxış
IMG

Meksika millisinin məşhur qapıçısı Gilyermo Oçoa peşəkar futbolçu karyerasına son qoyduğunu bəyan edib.

 

Tvit.az xəbər verir ki, idmançı bu qərarı barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.

 

"Xəyallarımın məni hansı zirvələrə aparacağını heç vaxt təsəvvür edə bilməzdim. Bu gün yalnız qürur hissi ilə geriyə boylanıb "təşəkkür edirəm" deyə bilərəm. Ailəmə, komanda yoldaşlarıma və bu yolda hər zaman yanımda olan bütün azarkeşlərə minnətdaram. Milyonların sevgisini və Meksika üçün əlimdən gələni etdiyimə görə daxili rahatlığı özümlə aparıram. Yaşadıqlarımızı heç kim bizdən ala bilməz. Hər şey üçün bütün qəlbimlə təşəkkür edirəm", - deyə Oçoa qeyd edib.

 

Qeyd edək ki, 41 yaşlı Oçoa Lionel Messi və Kriştianu Ronaldu ilə yanaşı, altı dünya çempionatında iştirak etmiş üç futbolçudan biri kimi tarixə düşüb. Meksikalı qapıçı 2006 və 2010-cu illərdəki turnirlərin iştirak ərizəsinə daxil edilsə də, meydana çıxmamışdı. Oçoa 2014, 2018, 2022 və 2026-cı illərin dünya çempionatlarında ümumilikdə 12 matç keçirib. Qapıçı milli komandanın heyətində 154 oyuna çıxıb. Klub səviyyəsində isə Oçoa Kiprin AEL, Meksikanın "Amerika", İspaniyanın "Malaqa" və "Qranada", İtaliyanın "Salernitana", Portuqaliyanın "Aveş", Fransanın "Ayaçço" və Belçikanın "Standard" klublarında çıxış edib.