Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya səfiri: Moskva BMT-nin bu istiqamətdə səylərinin gücləndirilməsini alqışlayır
dünya

Rusiya səfiri: Moskva BMT-nin bu istiqamətdə səylərinin gücləndirilməsini alqışlayır

30-07-2026 22:00 182 Baxış
IMG

Rusiya BMT-nin Kipr probleminin həlli istiqamətində səylərini gücləndirmək qərarını müsbət qiymətləndirib.

 

Tvit.az xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bunu Rusiyanın Kipr Respublikasındakı səfiri Murat Zyazikov bildirib.

 

Diplomat qeyd edib ki, BMT-nin Baş katibi Antonio Quterreşin Nikosiyaya səfəri dünya təşkilatının və onun rəhbərinin Kipr münaqişəsinin həllinə verdiyi xüsusi əhəmiyyətin göstəricisidir.

 

Zyazikov vurğulayıb ki, Moskva hesab edir ki, adada davamlı həll yalnız kiprlilərin özləri tərəfindən BMT-nin himayəsi altında aparılan konstruktiv icmalararası dialoq yolu ilə əldə oluna bilər.

 

Onun sözlərinə görə, Rusiya BMT-ni mübahisələrin həllində əsas beynəlxalq platforma hesab edir və dünya təşkilatının, Baş katibin, eləcə də adanın hər iki icmasının rəhbərliyinin bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndirir.

 

Aysel Şirinova