Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı
hadisə

İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı

03-08-2026 14:00 52 Baxış
IMG

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb.

 

Bu barədə Tvit.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Bildirilib ki, avqustun 1-də Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km kənarda nəzarətsiz ərazidə dənizdə batan 2000-ci il təvəllüdlü Nizam Rüfət oğlu Kazımovun meyiti sahildə aşkar edilib.