Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman PSJ və "Liverpul" klubları Bredli Barkolaya görə danışıqlar aparırlar
idman

PSJ və "Liverpul" klubları Bredli Barkolaya görə danışıqlar aparırlar

10-08-2026 14:00 21 Baxış
IMG

PSJ klubunun və Fransa millisinin hücumçusu Bredli Barkola İngiltərənin "Liverpul" klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

 

Tvit.az xəbər verir ku, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

 

Hazırda klublar 23 yaşlı futbolçunun transfer məbləği ilə bağlı danışıqları davam etdirirlər. İngiltərə təmsilçisi Barkola üçün 100 milyon avrodan bir qədər çox təklif edib. Lakin PSJ bu təklifdən imtina edib.

 

Fransa çempionu futbolçunun transfer qiymətini təxminən 170 milyon avro müəyyənləşdirdiyini bildirib.

 

Barkola 2023-cü ildən PSJ-nin formasını geyinir. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.

 

23 yaşlı hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə 49 oyun keçirib, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.