Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Ulduz" metrosunun qarşısındakı yolla bağlı son vəziyyət (VİDEO)
sosial

"Ulduz" metrosunun qarşısındakı yolla bağlı son vəziyyət (VİDEO)

13-08-2026 20:00 22 Baxış
IMG

"Ulduz" metro stansiyasının qarşısından keçən yol sahəsində tikinti işləri davam etdirilir.

Bu barədə "Tvit.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Sözügedən ərazi Akademik Həsən Əliyev küçəsindən "Koroğlu" metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

Layihənin icrası paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və hərəkətin daha rahat təşkilinə xidmət edir.

İşlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.