Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan və AB arasında əməkdaşlıq müzakirə olundu
sosial

Azərbaycan və AB arasında əməkdaşlıq müzakirə olundu

09-09-2025 20:00 48 Views
IMG

Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin (AB) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyunciç ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Tvit.az-a bildirilib ki, nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı ilə əlaqədar məktubu nazir Ceyhun Bayramova təqdim edib.

 

Ceyhun Bayramov Mariyana Kuyunciçi təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

 

Görüş zamanı Azərbaycanla AB arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Ölkəmizin AB ilə həyata keçirilən birgə enerji layihələrinin əhəmiyyəti vurğulanıb. Digər əhəmiyyətli istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.

 

Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsində Vaşinqton görüşü çərçivəsində əldə olunmuş razılıqlar, sülh müqaviləsinin paraflanması, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı qərarın əhəmiyyəti qeyd olunub.


Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç fəaliyyəti müddətində Azərbaycan-AB gündəliyinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.