Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bəzi rayonlarda güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ
sosial

Bəzi rayonlarda güclü külək əsəcək, leysan yağacaq - XƏBƏRDARLIQ

07-08-2026 19:00 19 Views
IMG

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

 

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.