Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ramzan Kadırov "Maks"da kanal açdı
dünya

Ramzan Kadırov "Maks"da kanal açdı

10-09-2025 23:00 35 Views
IMG

Çeçenistan rəhbəri Ramzan Kadırov Max platformasında rəsmi kanal açıb.

Tvit.az xəbər verir ki, Bu barədə o, öz Telegram kanalında məlumat verib.

“Mən yerli Max tətbiqində öz kanalımı açdım. İndi paylaşımlarımı oradan da oxumaq mümkündür. Platforma çoxfunksiyalıdır, respublikada fəal şəkildə istifadə olunur, artıq dövlət qurumları və bir çox təşkilatlar ona qoşulublar”, – deyə o, yazıb.

Onun sözlərinə görə, tətbiq özünü etibarlı və yoxlanılmış məlumatların yayımlandığı platforma kimi təsdiqləyib.

“Rəsmi qurumların və təşkilatların iştirakı sayəsində istifadəçilər birbaşa etibarlı məlumatlara çıxış əldə edirlər. Bütün oxucularımı yerli Max tətbiqinə qoşulmağa dəvət edirəm”, – Kadırov əlavə edib.