Belçika Xarici İşlər Nazirliyi Rusiyanın Belçikadakı yeni səfiri Denis Qonşarı, eləcə də Rusiyanın Brüsseldəki müvəqqəti işlər vəkili Polşada PUA-ya baş verən insidentlə əlaqədar dəvət edib.
Tvit.az xəbər verir ki, bu barədə Belçika xəbər agentliyi Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, görüş zamanı Belçika rəsmiləri Avropa İttifaqına üzv dövlətin hava məkanının "qəsdən pozulduğunu" elan ediblər və bunu "Rusiyanın Aİ və NATO-ya qarşı yeni ciddi eskalasiyası" kimi qiymətləndiriblər.
Aysel Şirinova