Fransa prezidenti Emmanuel Makronun PUA insidentindən sonra Polşaya üç “Rafale” qırıcısı göndərmək qərarı regionda gərginliyin azaldılmasına kömək etməyəcək.
Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyi məlumat yayıb.
“Rəsmi Parisin Polşaya Fransa döyüş təyyarələri göndərmək qərarı xüsusi narahatlıq doğurur ki, bu, Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə və regionda gərginliyin azalmasına heç bir töhfə verməyəcək”, - səfirlik qeyd edib.
Aysel Şirinova