Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Polşa ərazisində xarici nüvə silahının yerləşdirilməsinə açıqdır
dünya

Polşa ərazisində xarici nüvə silahının yerləşdirilməsinə açıqdır

16-09-2025 23:00 16 Views
IMG

Polşa ərazisində xarici nüvə silahının yerləşdirilməsinə açıqdır.

Tvit.az xəbər verir ki, bu barədə Polşanın prezidenti Karol Navrotski bildirib.

“Ola bilsin ki, Polşa prezidenti kimi mən hesab edirəm ki, Polşa nüvə silahının birgə istifadəsi proqramında iştirak etməlidir”, – deyə o qeyd edib.

Prezident həmçinin əmin olduğunu bildirib ki, Polşanın özünün nüvə imkanları olmalıdır və burada xüsusilə mülki atom energetikasını nəzərdə tutub.

"Lakin dövlət başçısı Polşanın öz nüvə silahına sahib olmağı planlaşdırıb-planlaşdırmadığına cavab verməkdə çətinlik çəkib. O yalnız qeyd edib ki, “bu barədə danışmaq hələ tezdir”, amma vurğulayıb ki, Polşanın təhlükəsizlik zəmanətləri əldə etməsi üçün əlindən gələni etmək istəyir. “NATO üzvü kimi biz bu zəmanətlərdən faydalanmaq istərdik”, – deyə Navrotski əlavə edib.

Bundan başqa, o, Fransanın nüvə silahlarını Polşada yerləşdirməsi məsələsini çox mürəkkəb adlandırıb. Fransa tərəfindən Polşaya nüvə silahı daşımaq qabiliyyətinə malik üç Rafale qırıcı təyyarəsinin göndərilməsini şərh edərkən, prezident bunun ümumi çəkindirmə potensialının bir hissəsi olduğunu bildirib.