Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakıda bu il 20 milyard manatdan çox məhsul satılıb
sosial

Bakıda bu il 20 milyard manatdan çox məhsul satılıb

17-09-2025 12:00 14 Views
IMG

2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 20 milyard 489,7 milyon manat olub.

Bu barədə “Tvit.az"a Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 2 faiz artaraq 11 milyard 300,5 milyon manata, qeyri-ərzaq malları isə 7,2 faiz artaraq 9 milyard 189,2 milyon manat olub. Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,3 faiz artıb. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.