Ankara Rusiyadan alınmış S-400 zenit-raket komplekslərini (ZRK) Moskvaya qaytarmağı planlaşdırmır.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələr məlumat veriblər.
“Mövqeyimiz S-400-lə bağlı dəyişməyib”, – deyə mənbələr bildiriblər. Əlavə ediblər ki, S-400-lər Türkiyə ordusunun silahlanmasındadır.
Beləliklə, Türkiyə Müdafiə Nazirliyi Ankaranın əvvəllər aldığı S-400 komplekslərini Moskvaya qaytara biləcəyi barədə yayılan xəbərləri təkzib edib.