Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah Şağan qəsəbəsində qaz olmayacaq
sosial

Sabah Şağan qəsəbəsində qaz olmayacaq

18-09-2025 18:00 15 Views
IMG

Sabah Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a "Azəriqaz"dan məlumat verilib.

 

Bildirilib ki, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik ortatəzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

 

Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.