Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Millət vəkili istefa verdi, federasiyanın bütün rəhbər heyəti getdi
sosial

Millət vəkili istefa verdi, federasiyanın bütün rəhbər heyəti getdi

18-09-2025 21:00 22 Views
IMG

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

 

Tvit.az xəbər verir ki, bu barədə DAF-dan məlumat verilib.

 

Məlumata görə, istefa edənlər DAF Prezidenti, sabiq millət vəkili, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, 1-ci vitse-prezident, millət vəkili Könül Nurullayeva, vitse-prezident Anar Qurbanov, ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova və katibliyin rəhbəri Tünzalə Əzimovadır.

 

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər isə prezident Fuad Quliyev, 1-ci vitse-prezident Mehman Səfərov, vitse-prezident Davud Davudov, könüllülərlə iş departamentinin rəhbəri Jalə Məmmədova olub.

 

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.