Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya bu ölkələri İran qətnaməsini pozmaqda ittiham etdi
dünya

Rusiya bu ölkələri İran qətnaməsini pozmaqda ittiham etdi

19-09-2025 19:00 9 Views
IMG

İngiltərə, Almaniya və Fransa BMT Təhlükəsizlik Şurasının İranla bağlı qətnaməsini ardıcıl olaraq pozurlar.


Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.


“Bu, həm onların Aİ-nin 2015-ci ildən əvvəl qüvvədə olan sanksiyalarının götürülməsindən İrana iqtisadi fayda təmin etmək üzrə öhdəliklərinə əməl etməmələri ilə bağlıdır”,- deyə nümayəndə vurğulayıb.


Elmin Alışov