Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycanda elektron siqaret qadağan olunur !
sosial

Azərbaycanda elektron siqaret qadağan olunur !

16-12-2025 15:00 43 Views
IMG

Azərbaycanda elektron siqaretlər qadağan olunur.

 

Tvit.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

 

Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.