Məlumata əsasən, qarşılıqlı vizasız rejimin tətbiqi ölkələr arasında turist mübadiləsini genişləndirəcək.
"Yalnız Rusiyadan Çinə turist axınımız sentyabrın ortalarından bəri 40% artıb. Beləliklə, qarşımızda turist mübadilələrinin qarşılıqlı genişlənməsi var," deyə bildirilib.
Qeyd edək ki, dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya vizasız girişi barədə fərman imzalayıb.
Beləliklə, Çindən gələn turistlər 14 sentyabr 2026-cı ilədək vizasız Rusiyaya 30 gündən çox olmayaraq gələ biləcəklər.
Aysel Şirinova