Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İsrail üzr istədi
dünya

İsrail üzr istədi

20-04-2026 11:00 14 Views
IMG

İsrailin Xarici İşlər Nazirliyi İsa Məsihin heykəlinə ziyan vurduqları üçün xristianlardan  üzr istədi. 

 

Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, İsrailin Xarici İşlər Naziri Gideon Saar, Cənubi Livanda İsa Məsihin heykəlini zədələyən İsrail ordusunun hərbçisinin hərəkətlərini utancverici adlandırıb və yəhudi dövləti adından bütün xristianlardan üzr istəyib.

 

"Xristian dini simvolunun ЦАХАЛ hərbçisi tərəfindən Cənubi Livanda zədələnməsi ciddi və utancverici bir əməldir.  Bu utancverici hərəkət tamamilə dəyərlərimizə ziddir. İsrail dini və onların müqəddəs simvollarını hörmətlə qarşılayan, həmçinin konfessiyalar arasında dözümlülük və qarşılıqlı hörmətin qorunmasına dəstək verən bir ölkədir. Bu hadisə ilə əlaqədar duyğuları zərər görmüş hər bir xristianlardan üzr istəyirik," – deyə Saar X-də yazıb.

 

Qeyd edək ki, İsrail hərbçisinin Cənubi Livandakı Dibel kəndində İsa Məsihin heykəlini sındırdığı görüntüsü yayılıb. Rəsmi açıqlama ilə fotoda çəkilən şəxsin İsrail hərbçisi olduğu təsdiqlənib. Ordunun bu hadisə ilə bağlı daxili araşdırma başlatdığı və məsul şəxslərin cavabdeh tutulacağı vəd edilib.

 

 

Aysel Şirinova