Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrail XİN bu görüntüyə görə ÜZR İSTƏDİ
dünya

İsrail XİN bu görüntüyə görə ÜZR İSTƏDİ

20-04-2026 11:00 12 Baxış
IMG

İsrailin Xarici İşlər Nazirliyi İsa Məsihin heykəlinİ dağıtdıqları üçün xristianlardan  üzr istədi. 

 

Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, İsrail XİN Gideon Saar, Livanın cənubunda İsa Məsihin heykəlini balta ilə dağıdan İsrail ordusunun hərbçisinin hərəkətlərini utancverici adlandırıb və yəhudi dövləti adından bütün xristianlardan üzr istəyib.

 

"Xristian dini simvolunun ЦАХАЛ hərbçisi tərəfindən Cənubi Livanda zədələnməsi ciddi və utancverici bir əməldir.  Bu utancverici hərəkət tamamilə dəyərlərimizə ziddir. İsrail dini və onların müqəddəs simvollarını hörmətlə qarşılayan, həmçinin konfessiyalar arasında dözümlülük və qarşılıqlı hörmətin qorunmasına dəstək verən bir ölkədir. Bu hadisə ilə əlaqədar duyğuları zərər görmüş hər bir xristianlardan üzr istəyirik," – deyə Saar X-də yazıb.

 

Qeyd edək ki, İsrail hərbçisinin Cənubi Livandakı Dibel kəndində İsa Məsihin heykəlini sındırdığı görüntüsü yayılıb. Rəsmi açıqlama ilə fotoda çəkilən şəxsin İsrail hərbçisi olduğu təsdiqlənib. Ordunun bu hadisə ilə bağlı daxili araşdırma başlatdığı və məsul şəxslərin cavabdeh tutulacağı vəd edilib.

 

 

Aysel Şirinova