Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət "Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev
siyasət

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

05-08-2026 21:00 22 Baxış
IMG

“Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri təhrif olunub.

"Tvit.az" xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" sosial şəbəkə hesabındayazıb:

"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, “Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənə istinadən verilən bir sıra ifadələr düzgün deyil".

"Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür", - deyə Hikmət Hacıyev vurğulayıb.