Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Mayın qeyri-iş günləri açıqlandı — Dəyişiklik var
sosial

Mayın qeyri-iş günləri açıqlandı — Dəyişiklik var

24-04-2026 12:00 21 Views
IMG

May ayında planlarını indidən quranlar üçün təqvimdəki qırmızı rəngli günlərin sayı kifayət qədər çoxdur. Bu ay həm yaz tətili, həm də ardıcıl gələn bayramlar səbəbindən iş qrafikində dəyişikliklər olacaq.

Tvit.az xəbər verir ki, Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə 1-5 may tarixləri əvəzinə tətil ayın 18-dən 22-dək müəyyən edilib.

Beşgünlük iş həftəsi ilə çalışanlar üçün ayın şənbə və bazar günləri, yəni 2, 3, 10, 16, 17, 23, 24, 30 və 31 may tarixləri növbəti istirahət imkanlarıdır. Faşizm üzərində Qələbə Günü olan 9 may şənbəyə təsadüf etdiyi üçün qanunvericiliyə uyğun olaraq 11 may bazar ertəsi də qeyri-iş günü sayılacaq.


Ayın sonunda isə vətəndaşları daha uzunmüddətli istirahət gözləyir. 27 may Qurban bayramının ilk günü qeyd olunacaq. Mayın 28-i həm Müstəqillik Günü, həm də Qurban bayramının ikinci günü olduğu üçün iş günlərinin yerində dəyişiklik edilib. Nəticədə 29 may da istirahət günü kimi təqvimə daxil edilib. Beləliklə, mayın son həftəsində ardıcıl bir neçə gün iş olmayacaq.