Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Metronun iki stansiyasına rəis TƏYİNATI
sosial

Metronun iki stansiyasına rəis TƏYİNATI

05-08-2026 12:00 19 Views
IMG

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə iki yeni stansiya rəisi təyin olunub.

 

Tvit.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, bu barədə QSC sədri Vüsal Aslanov əmrlər imzalayıb.

 

Sədrin əmrləri ilə metronun "Koroğlu" stansiyasının rəis müavini Telman Vəliyev tutduğu vəzifədən azad edilərək "Ulduz" stansiyasının rəisi vəzifəsinə təyin edilib. V.Aslanlının digər əmri ilə "Memar Əcəmi" stansiyasının rəis müavini Əyyub Həsənov tutduğu vəzifədən azad edilərək metronun "Qara Qarayev" stansiyasına rəis təyin edilib.

 

Hər iki şəxs kollektivə təqdim edilib və vəzifəsinin icrasına başlayıb.