Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport UEFA avrokubokların əsas mərhələsində sarı vərəqə limitini artırıb
sport

UEFA avrokubokların əsas mərhələsində sarı vərəqə limitini artırıb

04-08-2026 16:00 20 Views
IMG

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində sarı vərəqələrə görə diskvalifikasiya limitini artırıb.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bundan sonra növbəti matçı buraxmaq cəzası qırmızı vərəqə ilə nəticələnməyən 4 sarı vərəqədən sonra tətbiq olunacaq.

 

Növbəti diskvalifikasiyalar isə hər müvafiq cüt saylı – 6-cı, 8-ci və daha sonrakı xəbərdarlıqlardan sonra qüvvəyə minəcək.

 

Avrokubokların təsnifat mərhələlərində isə qaydalar dəyişməyəcək. Burada cəza 3 sarı vərəqədən, daha sonra isə hər növbəti tək saylı xəbərdarlıqdan sonra tətbiq ediləcək.

 

UEFA bu dəyişikliyi 2024/2025 mövsümündən etibarən qüvvəyə minən avrokubok islahatları ilə əsaslandırıb. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində matç sayının 6-dan 8-ə qaldırılması səbəbindən əvvəlki sistem vərəqə limitinin aşılmasına görə diskvalifikasiyaların çoxalmasına gətirib çıxarırdı.

 

Qeyd edək ki, yeni qaydalar əsas mərhələsi 6 matçdan ibarət olan UEFA Konfrans Liqasında da keçərli olacaq. Qitə futbol qurumu bunu qış "transfer pəncərəsi"ndə futbolçuların müxtəlif avrokubok iştirakçıları arasında keçid edə biləcəyi ehtimalı ilə izah edib.