Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial İtaliya Naxçıvana hücumu qınadı
sosial

İtaliya Naxçıvana hücumu qınadı

27-04-2026 21:00 32 Views
IMG

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Qvido Krozetto ilə görüşüb və Yaxın Şərq, həmçinin Cənubi Qafqazda sabitliyin qorunmasını müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə məlumat İtaliyanın Müdafiə Nazirliyinin X hesabında məlumat paylaşılıb.

 

"Azərbaycanın Avrasiya regionunda rolu fundamental xarakter daşıyır və ölkə İtaliya üçün əsas müttəfiq, eləcə də enerji sektorunda strateji tərəfdaşdır", - məlumatda bildirilib.

 

Qvido Krozetto İran dronlarının Naxçıvana hücumunu qınadığını xatırladıb:

 

"Eyni zamanda Bakının gərginliklərin idarə olunmasında nümayiş etdirdiyi təmkin və məsuliyyət hissini təqdir etdiyimi vurğuladım".

 

"Həmçinin davam edən münaqişələrin regional təhlükəsizliyə təsirləri fonunda Yaxın Şərq və Cənubi Qafqazda sabitliyin qorunub saxlanılmasının vacibliyi barədə ümumi fikir bölüşülüb", - Krozetto vurğulayıb.


Qeyd edək ki, nazirlər söbət zamanı ikitərəfli əməkdaşlıq, xüsusən də Silahlı Qüvvələr arasında tədris və təlim fəaliyyətlərini müzakirə ediblər. Müdafiə sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan əlavə, əməkdaşlıq sahələrini genişləndirmək üçün gələcək danışıqları təşviq etməyə ortaq hazırlıq təsdiqlənib.