Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü
turizm

Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü

23-06-2026 10:00 17 Views
IMG

Paytaxtın Sabunçu rayonunda 71 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Tvit.az-ın məlumatına görə, hadisə rayonun Kürdəxanı qəsəbəsi ərazisində baş verib.

 

Qəsəbə sakini 1955-ci il təvəllüdlü Yamil Yəhya oğlu Məmmədov ağacdan yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.

 

Faktla bağlı araşdırmalar aparılır.