Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İraq bu xəbərləri təkzib edib
dünya

İraq bu xəbərləri təkzib edib

25-06-2026 15:00 20 Views
IMG

İraq hakimiyyəti hazırda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzvlüyünü dayandırmaq niyyətində deyil və Bağdadın daha yüksək xam neft hasilatı kvotaları tələbi kartel daxilində davam edən siyasəti ilə uyğun gəlir.

 

Tvit.az xəbər verir ki, bu barədə İraq Neft Nazirliyi ölkənin OPEC-dən çıxmaq niyyəti ilə bağlı xəbərlərə cavab olaraq bildirib.

 

"İraqın OPEC-dəki üzvlüyünü dayandırmaqla hədələməsi barədə məlumatlar İraq hökumətinin rəsmi mövqeyini əks etdirmir. OPEC və müttəfiqləri bu tendensiyaya cavab olaraq üzv dövlətlərin maksimum dayanıqlı istehsal güclərinin yenidən nəzərdən keçirilməsi prosesini başlatdılar və bu proses hazırda müstəqil beynəlxalq konsaltinq şirkəti ilə əlaqələndirilərək və İraqın fəal iştirakı ilə həyata keçirilir", - deyə o bildirib.

 

 

Aysel Şirinova