Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Venesuelada zəlzələ oldu
dünya

Venesuelada zəlzələ oldu

29-06-2026 15:00 17 Views
IMG

Venesuela sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Zəlzələnin episentri paytaxt Karakasdan 42 kilometr şimalda, 3 milyondan çox insanın yaşadığı yerdə 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi barədə məlumat verilməyib.

 

İyunun 24-də Venesuelada iki güclü təkan baş verib. Birinci təkan 7,2, ikincisi isə 7,5 bal gücündə olub. Bu təkanlardan sonra 512 təkrar təkan qeydə alınıb. Venesuela hakimiyyət orqanlarının son məlumatlarına görə, ölənlərin sayı 1450-yə çatıb, 3200-dən çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Çoxsaylı yaşayış binaları dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb. 

 

Aysel Şirinova