Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı
sport

Dünyanın ən yaşlı futbolçusu müqaviləsinin müddətini uzatdı

25-06-2026 21:00 17 Views
IMG

59 yaşlı yaponiyalı hücumçu Kazuyoşi Miura növbəti mövsümdə də peşəkar futbolçu karyerasını davam etdirəcək.

 

Tvit.az bu barədə Sport24.ru saytına istinadən xəbər verir.

 

Qeyd olunub ki, Miura Yaponiyanın "Yokohama" klubu ilə müqaviləsinin müddətini uzadıb. O, icarə əsasında Yaponiyanın üçüncü divizionunda çıxış edən "Fukuşima Yunayted" komandasına keçib.

 

Kazuyoşu Miura rəsmən planetin ən yaşlı peşəkar futbolçusu hesab olunur. O, karyerasına 1982-ci ildə başlayıb və Braziliyanın "Santos", Xorvatiyanın "Dinamo Zaqreb", İtaliyanın "Cenoa" və bir sıra digər klublarda çıxış edib. Futbolçu Yaponiya millisinin heyətində 89 oyun keçirib və 55 qol vurub.