Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb
turizm

Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb

01-07-2026 08:00 23 Views
IMG

Ukraynanın Sumı vilayətinin, Rusiya ilə həmsərhəd Velika Pisarevka rayonu ərazisində 1949-cu il təvəllüdlü Yelmar Mövsüm oğlu Əliyev dron zərbəsindən həlak olub.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, Y.Əliyev avtomobili ilə gedərkən üzərinə Rusiya ordusuna məxsus əl bombası daşıyan drondan zərbə endirilib.

 

Həmyerlimiz yerindəcə həlak olub. Əslən Beyləqan rayonundan olan Y.Əliyev Ukrayna vətəndaşı olub. Onun nəşi dəfn olunması üçün Azərbaycana yola salınıb.