Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Hikmət Hacıyev Şuşada qlobal rəqəmsal platformaların nümayəndələri ilə görüşüb
siyasət

Hikmət Hacıyev Şuşada qlobal rəqəmsal platformaların nümayəndələri ilə görüşüb

13-07-2026 15:00 26 Views
IMG

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində bir sıra görüşlər həyata keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" platformasında məlumat yayıb. Bildirilib ki, prezidentin köməkçisi Şuşada "TikTok" şirkətinin Şərqi Avropa üzrə hökumətlə əlaqələr və ictimai siyasət şöbəsinin rəhbəri Dayana Rayan, "LinkedIn" platformasının dövlət sektoru və qeyri-kommersiya təşkilatları üzrə satış (EMEA və LATAM) rəhbəri Simas Klensi, eləcə də "Dharana Digital"ın direktoru, süni intellekt və sosial media üzrə tədqiqatçı, müəllif və təlimçi Karen Sazerlend ilə səmərəli görüşlər baş tutub.

 

"Görüşlər zamanı Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsi, rəqəmsal idarəçilik və uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkənin yeni qanunvericiliyinin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb, həmçinin qabaqcıl beynəlxalq təcrübələr nəzərdən keçirilib", - Hikmət Hacıyev paylaşımında qeyd edib.