Böyük Britaniya Ukraynanı münaqişədə qalib gələnə qədər dəstəkləyəcək.
Tvit.az-ın "The Daily Mail" qəzetinə istinadən məlumatına görə, bu vədi Böyük Britaniyanın yeni müdafiə naziri Ues Stritinq Kiyevə ilk səfəri zamanı deyib.
“Böyük Britaniya Ukrayna qalib gələnə qədər onun yanında olacaq. Həm Baş nazir, həm də mən bu hökumətin Ukraynaya verdiyi sarsılmaz və birmənalı dəstəyi əvvəldən nümayiş etdirməyin vacib olduğunu hiss etdik",- deyə nazir bildirib.
Elmin Alışov