Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır
sosial

ABŞ-nin Azərbaycandakı səfirliyi işçi axtarır

17-08-2026 12:00 12 Views
IMG

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi Müştəri Xidmətləri Mərkəzinin (MXM) nümayəndəsi vəzifəsinə işçi axtarır.


Tvit.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

 

Bildirilib ki, MXM nümayəndəsi ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə xidmətlə bağlı müraciətlərdə dəstək göstərəcək, onları müvafiq şöbələrlə əlaqələndirəcək və səfirlik icmasına keyfiyyətli və operativ xidmətin göstərilməsinə kömək edəcək.

 

Həmin vakansiyaya kimlər müraciət edə bilərlər?

 

Təhsil: Namizədlər ən azı iki il universitet təhsili almış olmalıdır.

 

İş təcrübəsi: Ən azı altı ay inzibati və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi tələb olunur.

 

Dil bilikləri: İngilis, Azərbaycan və rus dillərində yaxşı iş səviyyəsində bilik tələb olunur.

 

İnsanlarla işləməyi, onlara dəstək olmağı və problemlərin həllinə kömək etməyi sevənlər bu vakansiyaya müraciət edə bilər.

 

Ətraflı məlumat və müraciət üçün: https://tinyurl.com/usembakucsc

Müraciət üçün son tarix: 26 avqust.