Şamaxı şəhərində yollar əsaslı təmir olunacaq.
Tvit.az xəbər verir ki, bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyəti "Vnm İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlayıb.
Satınalma birmənbə metodu ilə baş tutub. Tenderin nəticəsi olaraq MMC Şamaxı şəhərində yolların əsaslı təmiri işlərinin həyata keçirilməsini 486 min 907 manata görəcək.