Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...
siyasət

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

04-08-2026 13:00 26 Просмотров
IMG

Hazırda ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür.

Tvit.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu halda həm ATƏT-in, həm də üzvlərinin fəal əməkdaşlığı əsas şərtlərdəndir:

"Azərbaycan dövləti olaraq öz tərəfimizdən bütün bu prinsiplərə sadiqliyimizi ifadə edirik".

C.Bayramov həmçinin əlavə edib ki, İsveçrənin ATƏT sədrliyinin prioritetləri zəngindir:

"Enerji və rəqəmsal təhlükəsizlik bu prioritetlərdəndir. Hesab edirik ki, bütün bunlar insanların həyat rifahının yaxşılaşdırılması üçün önəmlidir və buna dəstəyimizi ifadə edirik".