Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Həcc ziyarəti üçün qeydiyyat bitdi
sosial

Həcc ziyarəti üçün qeydiyyat bitdi

17-04-2026 18:00 16 Просмотров
IMG

2026-cı il üçün Həcc kvotası tamamlanıb.

 

"Tvit.az" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

 

O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.

 

"Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yalnız gələn il müraciət edə bilərlər", - Vüsal Cahangiri bildirib.

 

Qeyd edək ki, 180 nəfərdən ibarət ilk zəvvar qrupunun uçuşu 17 may tarixində olacaq.

 

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.