Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Təbiətə 133 min 140 manat ziyan vuruldu
sosial

Təbiətə 133 min 140 manat ziyan vuruldu

17-04-2026 20:00 16 Просмотров
IMG

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qax və Oğuz rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən "Tvit.az"a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 120A ünvanında, Səbail rayonu Badamdar qəsəbəsi 10-cu Badamdar küçəsində, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 69 ünvanında, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində, Abşeron rayonu Masazır kəndi Rafiq Dünyamalıyev küçəsi 20A ünvanında, Qax rayonunun Qazmalar kəndi ərazisində, Qax rayonunun Tasmalı kəndi yaxınlığında, Oğuz rayonunun Filfilli kəndi ərazisində və Oğuz rayonunun Yaqublu kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min 140 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.