Türkiyə xarici işlər naziri Hakan Fidan 29-30 aprel tarixlərində Avstriyaya rəsmi səfər edəcək.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Səfəri zamanı nazir Fidanın Avstriyanın Baş naziri Kristian Ştoker tərəfindən qəbul edilməsi, ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşməsi, Vyana Diplomatik Akademiyasında konfransda çıxış etməsi və Türkiyə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşməsi planlaşdırılır.
Elmin Alışov